QHT rəhbərləri Litvada səfərdə olub

QHT rəhbərləri Litvada səfərdə olub
# 04 aprel 2007 13:57 (UTC +04:00)
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin “Təhsil Siyasəti Forumu” layihəsi çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin bir qrup üzvü - “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin koordantoru Nailə İsmayılova, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibliyinin əməkdaşı Vüsal Hüseynov və Lənkərandakı 4 saylı məktəbin direktoru Yeganə Əsgərova Litvada səfərdə olub. “Konstitusiya” Araşdırmalar Fondundan APA-ya verilən məlumata görə, səfərdə məqsəd Litvanın antikorrupsiya sahəsində əldə etdiyi təcrübə, xüsusi ilə də təhsil sahəsində həyata keçirdiyi islahatlar, təhsildə korrupsiyanın aradan qaldırılması istiqamətində görülən işlərlə tanışlıq olub.
Şəbəkə üzvləri Litva Nazirlər Kabineti yanında Xüsusi Təhqiqat Bürosunun direktoru Povilas Malakaskasla, Seymin antikorrupsiya komissiyasının sədri Rimantı Daqis, Mərkəzi Seçki Komissiyasının üzvü Yulias Yasaitis, Rəsmi Etika üzrə Ümumi Komitənin sədri Yolanta Petkeviçiene və Təhsil nazirinin müavini Virçiniya Budiene ilə görüş keçiriblər. Nümayəndə heyəti antikorrupsiya tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən Anikşia bölgəsindəki Antanas Baranauskas adına orta məktəbə baş çəkərək burada həyata keçirilmiş müxtəlif layihələrlə tanış olublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR