Türkiyə Radio Televiziya Üst Qurumu nümayəndə heyətinin Azərbaycana səfəri başlayır

Bu gün Türkiyə Radio Televiziya Üst Qurumu (RTÜQ) nümayəndə heyətinin Azərbaycana səfəri başlayır. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasından məlumat verilib. Səfər proqramı bu gün Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlunun qonaqları qəbul etməsi ilə başlanacaq. Nümayəndə heyətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Azərbaycan Dövlət Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətində, İctimai Televiziyada görüşləri nəzərdə tutulub. Aprelin 7-də RTÜQ-lə MTRŞ arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və işbirliyi barədə protokol imzalanacaq. Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər ki, aprelin 7-də nümayəndə heyətinin iştirakı ilə səfirliyin və Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdiyi “Radio televiziya yayımı və qanunu düzənləmələr” mövzusunda konfrans keçiriləcək. Konfransda Türkiyənin Azərbaycandakı səfiri Hüseyin Avni Qarslıoğlu, RTÜQ başqanı Zahid Akman, Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və başqa şəxslər iştirak edəcəklər. RTÜQ nümayəndə heyətinin səfəri dörd gün davam edəcək. /APA/
Hadisə

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə öldürülüb

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Lənkəranda avtomobil 18 yaşlı qızı vurub
