4 yol qəzası nəticəsində 4 nəfər dünyasını dəyişib

Aprelin 4-də saat 13:30 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi "Mercedes E-220" markalı avtomaşınla Lerik rayon sakini Kəsirə Rzayevanı vurub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nəticədə K. Rzayeva hadisə yerində ölüb.
Nizami rayonu E. Süleymanov küçəsində Bakı şəhər sakini Hikmət Qurbanovun idarə etdiyi “Auldi-80” markalı avtomaşın Bəhmən Babayevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən B. Babayev orada ölüb. Lənkəran şəhəri ərazisində Osaküçə kənd sakini Ağababa Hümbətov idarə etdiyi “Kavz” markalı avtomaşınla şəhər sakini Minəvvər Mövsümovanı vurub. M. Mövsümova xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Şəmkir rayonu ərazisində Gədəbəy rayon sakini Etibar Əliyev idarə etdiyi “Mersedes-180” markalı avtomaşınını dərəyə aşırıb. Nəticədə maşında olan sərnişin, Gədəbəy rayon sakini Mahir Əliyev hadisə yerində ölüb. /APA/

Hadisə

Xaçmaz sakini özünü 7-ci mərtəbədən atıb

Bakıda yol qəzası sıxlığa səbəb olub - FOTO

“Pulların 15 faizi Nəcməddin Sadıkova çatırdı" - Həbsdə olan idarə rəisinin məhkəməsi