İsmayıllıda torpaq sürüşməsi baş verən kəndin əhalisi yaxın günlərdə köçürülə bilər

Bu barədə APA-ya İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Akif Xıdırov məlumat verib. O bildirib ki, buna baxmayaraq, sürüşmə təhlükəsi hələ də qalır: “Sürüşmə son günlər ərzində kəndə doğru irəliləyib. Kənd qısa müddət ərzində köçürülməlidir. Amma bununla bağlı hökumətin qərarı olmalıdır”. A. Xıdırovun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri hadisə yerindədir: “Vəziyyət daim diqqət mərkəzində saxlanılır. Vaşa kəndində 24 təsərrüfat, 104 sakin var”. Xatırladaq ki, kənddə torpaq sürüşməsi bir həftə əvvəl başlayıb. /APA/
Hadisə

Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - FOTO

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə öldürülüb

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
