Gəncədə “N” saylı hərbi hissənin bazasında “Şahin” hərbi idman oyunu keçiriləcək

Gəncədə yerləşən “N” saylı hərbi hissənin bazasında məktəblilər arasında “Şahin” hərbi idman oyunu keçiriləcək. Keçirilən oyuna Gəncə orta məktəblərinin minə yaxın şagirdi qatılacaq. Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Gəncə şəhər gənclər və idman idarəsinin rəisi Mövsüm Hüseynovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, keçiriləcək yarışa Gəncənin hər orta məktəbindən bir komanda qatılacaq. Komandaların say tərkibi hər birində 4 qız, 13 oğlan olmaqla 17 nəfərdən ibarət olacaq. Yarış tüfənglə hədəfə atəş açmaq, avtomatın sökülüb-yığılması, mülki müdafiə təlimi, sıra hazırlığı və sanitar yardım mərhələlərindən ibarət olacaq”. Yarışda daha çox bal toplayan komanda zona birinciliyə vəsiqə əldə edəcək. Zona birinciliyinin bu ayın sonunda Tovuzda keçirilməsi nəzərdə tutulur. Zona birinciliyin qalibi isə may ayında Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbdə keçiriləcək final mərhələsinə qatılacaq. Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təşkil edilmiş ənənəvi yarış Gənclər və idman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə təşkil olunub. /APA/
Hadisə

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanılıb - YENİLƏNİB

Qubada mağazada və restoranda yanğın olub

Zuğulbada bir nəfər dənizdə batıb
