Bakıda baş verən iki yol qəzası nəticəsində iki nəfər ölüb

Aprelin 5-də saat 19:30 radələrində Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində Tərtər rayon sakini Rəşad Zülfüqarov idarə etdiyi “KamAZ” markalı avtomaşınla Böyükşor qəsəbə sakini Ləman Məmmədovanı vurub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nəticədə 2001-ci il təvəllüdlü L. Məmmədova hadisə yerində ölüb. Hadisə yerindən qaçmağa cəhd göstərən R. Zülfüqarov Nərimanov Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulub. Həmin gün Nizami rayonu M. Abbasov küçəsində Bakı şəhər sakini Ceyhun İslamov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Bakı şəhər sakini Mehdi Xəlilovu vurub. Nəticədə M.Xəlilov hadisə yerində ölüb. /APA/