Qanunsuz qum daşıyan “KamAZ”dan 1 kiloqram 220 qram heroin tapılıb

Milli Təhlükəsizlik Nazirliyi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları birgə əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Şıxlar qəsəbəsində dəniz kənarı sahədə qanunsuz qumdaşıma faktı ilə əlaqədar rayon polis idarəsinə gətirilən Cəlilabad rayon sakini Eyvaz Ağayevə məxsus “KamAZ” markalı avtomaşının kabinəsində 1 kiloqram 220 qram heroin aşkar edilərək götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni E.Ağayevdən almağa cəhd göstərən Yardımlı rayon sakinləri Azad İsrafilov, Rizvan Xubalıyev və Dəvəçi rayon sakini Etibar Məmmədov da tutulub. /APA/
Hadisə

Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - FOTO

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə öldürülüb

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
