Xatirə Qasımova: “Arif Alışanov Mehriban Ələkbərzadəni kobudluğuna və dözümsüzlüyünə görə işdən çıxarıb”

Bu sözləri APA-ya açıqlamasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib. Onun sözlərinə görə, Az.TV-də olduğu müddətdə M. Ələkbərzadə özünə aid olmayan yaradıcılıq işləri ilə məşğul olub: “Mehriban Ələkbərzadənin hazırladığı verilişlərin heç biri dövlət televiziyasının formatına uyğun gəlməyib. Bu verilişlər ancaq özəl kanallarda yayımlana bilərdi”. Mətbuat xidmətinin rəhbəri deyib ki, maarifçilik studiyasının əməkdaşları M. Ələkbərzadənin dözümsüzlüyündən, kobudluğundan, etinasızlığından şikayətlər ediblər: “Öz işçiləri saatlarla Mehriban Ələkbərzadənin qəbuluna düşə bilməyiblər. Rəhbərlik bu şikayətləri nəzərə alaraq onunla müqavilənin müddətini uzatmayıb”. X. Qasımovanın televiziyada “Maarifçilik” studiyasının birləşdirilmiş formada fəaliyyət göstərməsinin özünü doğrultmadığını da deyib: “Bu iş gözlənilən nəticəni vermədiyinə görə “Maarifçilik” studiyasının tərkibindən “Gənclik” və “Hərbi vətənpərvərlik” redaksiyaları çıxarılıb və bu studiyalar ayrıca fəaliyyət göstərəcək. Həmin studiyalara hələlik Cavanşir Cahangirov rəhbərlik edir”. Mətbuat xidmətinin rəhbəri deyib ki, telekanalın “Xəbərlər” departamentinin rəhbəri Səadət Məmmədovanın vəzifəsindən azad olunması onun öz ərizəsi ilə baş tutub. O, Səadət Məmmədovanın işdən çıxmaq barədə hələ yanvar ayında rəhbərliyə ərizə ilə müraciət etdiyini deyib. X. Qasımova yaxın günlərdə Az.TV-nin “Maarifçilik” studiyasına, “Səhər” proqramına, “Müəllif proqramları” və “Uşaq verilişləri” departamentlərinə yeni rəhbərlərin təyin ediləcəyini deyib. /APA/
Hadisə

Bakıda yol qəzası sıxlığa səbəb olub - FOTO

“Pulların 15 faizi Nəcməddin Sadıkova çatırdı" - Həbsdə olan idarə rəisinin məhkəməsi

Baş Prokurorluq mina təhlükəsi ilə əlaqədar çarx hazırlayıb - VİDEO
