Torpaq sürüşməsi baş verən İsmayıllının Vaşa kəndində tədqiqat aparılır

Torpaq sürüşməsi baş verən İsmayıllının Vaşa kəndində tədqiqat aparılır
# 06 aprel 2007 15:53 (UTC +04:00)
İsmayıllı rayonunun Vaşa kəndində baş verən torpaq sürüşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nümayəndələrinin apardıqları tədqiqat yekunlaşandan sonra yaranmış vəziyyətlə bağlı qərar veriləcək. Bu barədə APA-ya rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Akif Xıdırov məlumat verib. Onun sözlərinə görə, hazırda sürüşmədə irəliləyiş qeydə alınmasa da, təhlükə qalır. İH başçısının müavini bildirib ki, kənd hər an köçürülə bilər və artıq İcra Hakimiyyəti kəndin köçürüləcəyi yeri də müəyyənləşdirib.
Qeyd edək ki, Vaşa kəndində torpaq sürüşməsi bir həftə əvvəl başlanıb. Dağlıq ərazi olan kənddə 104 nəfər yaşayır və 24 təsərrüfat fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR