Naxçıvanda “N” saylı hərbi hissənin əsgəri müəmmalı şəkildə vəfat edib

Naxçıvan Hərbi Prokurorluğundan APA-ya verilən məlumata görə, əsgərin cəsədi səhər saatlarında kazarmada aşkarlanıb. Kazarmada olan əsgərlər səhər yuxudan olayarkən Bəhruz Əliyevin vəfat etdiyini görüb və bu barədə komandir heyətinə məlumat veriblər. Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda cinayət işi başlanıb, hadisənin səbəbləri araşdırılır. Qeyd edək ki, 1988-ci il təvəllüdlü Bəhruz Əliyev 2006-cı ilin aprel ayında Saatlı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. /APA/
Hadisə

Bakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sabunçuda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanılıb - YENİLƏNİB
