Cəfər Cabbarlı küçəsində yol qəzası baş verib

Cəfər Cabbarlı küçəsində yol qəzası baş verib
# 07 aprel 2007 09:20 (UTC +04:00)
Bu gün saat 11.30 radələrində Cəfər Cabbarlı küçəsində, metronun “Nizami” stansiyasının qarşısında yol-qəza hadisəsi baş verib. APA-nın məlumatına görə, 10 TA 627 dövlət nömrə nişanlı 79 saylı avtobus 10 TB 605 dövlət nömrə nişanlı “Reno” markalı taksi və 10 KS 634 dövlət nömrə nişanlı “Nissan” avtomobili ilə toqquşub. Taksi isə qarşıda dayanmış 59 BB 277 dövlət nömrə nişanlı “Jiquli 2107” markalı avtomobilə dəyərək onu zədələyib. Hadisənin şahidi olan taksi sürücüsü Ramiz Mustafayev bildirib ki, 79 saylı avtobusun sürücüsünün halı qəflətən pisləşib, onun dili qatlanıb və nəticədə avtobus yoldan çıxaraq kənarda dayanmış maşınlara çırpılıb. Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri gəliblər. İlkin yardımdan sonra avtobus sürücüsü xəstəxanaya aparılıb. Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparılacağını bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR