Elektrik transformatoruna qeyri-qanunu müdaxilə edən Qax rayon sakini dünyasını dəyişib

Elektrik transformatoruna qeyri-qanunu müdaxilə edən Qax rayon sakini dünyasını dəyişib
# 24 aprel 2007 09:16 (UTC +04:00)
Elektrik transformatoruna qeyri-qanunu müdaxilə edən Qax rayon sakini dünyasını dəyişib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon polis şöbəsindən məlumat verilib. Hadisə ötən gün günorta saatlarında rayonun Ağçay kəndində baş verib. Rayonun Ağçay kənd sakini, 1954-cü il təvəllüdlü Yaqubov Yaqub İsmayıl oğlu yaşadığı ərazidə elektrik enerjisi olmadığı üçün, əraziyə aid elektrik transformatoruna qeyri-qanuni müdaxilə edib. Elektrik enerjisi ilə işləmə qaydalarını bilməməsi səbəbindən Y. Yaqubovu güclü cərəyan vurub və o hadisə yerində dünyasını dəyişib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR