Ağdamda ehtiyatsızlıq üzündən ölüm hadisəsi baş verib

Ağdamda ehtiyatsızlıq üzündən ölüm hadisəsi baş verib
# 24 aprel 2007 09:17 (UTC +04:00)
Ağdam rayonu ərazisində ehtiyatsızlıq üzündən ölüm hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini, 1976-cı il təvəllüdlü Asəf Verdiyev idarə etdiyi 46 54 AQF dövlət nömrə nişanlı “QAZ-53” markalı maşınla qonşusu, 1924-cü il təvəllüdlü Gülxarə Nəsirovanı vurub. G. Nəsirova aldığı xəsarətdən keçinib. Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi qaldırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR