Bərdə və Xızı rayonları ərazisində ağır yol-qəza hadisələri baş verib

Bərdə və Xızı rayonları ərazisində ağır yol-qəza hadisələri baş verib
# 07 may 2007 13:42 (UTC +04:00)
Bərdə və Xızı rayonları ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdə rayonu ərazisində rayon sakini Ramiz Məhərrəmovun idarə etdiyi “Daewoo” və Mirzəxan kənd sakini Ağasəf Cəfərovun idarə etdiyi “VAZ-21099” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan hər iki sürücü və A. Cəfərovun sərnişinləri Sara Allahverdiyeva, onun bacısı Ayna xəstəxanaya yerləşdiriliblər. A. Cəfərov orada ölüb. Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nəcməddin Abbasov idarə etdiyi “Mersedes-220” markalı avtomaşını aşırıb. Nəticədə N. Abbasov və sərnişinlərindən, həmyerlisi Rəşad Nəsirov hadisə yerində ölüb, xəsarət alan Ağdaş rayon sakini Bəhlul Salmanzadə və Ağsu rayon sakini Əhməd Hüseynov xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR