Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında yanğın olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasında yanğın olub
# 30 iyun 2007 09:28 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın təmir gedən binanın 13-cü mərtəbəsində başlayıb. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yarım saatdan sonra yanğın söndürə biliblər. Şahidlərin dediyinə görə, tüstüdən özünü pis hiss edən şəxs təcili xəstəxanaya aparılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev APA-ya açıqlamasında bildirib ki, binanın 13-cü mərtəbəsində baş verən yanğın nəticəsində 40 kvadrat metrlik ərazi yararsız hala düşüb. Əsasən, taxta qırıntılarının və şüşə pambığın yandığını deyən R. Xudiyev hazırda binanın 12-14-cü mərtəbələrində kəşfiyyat işlərinin aparıldığını söyləyib: “Yanğının ya qaynaq işləri ilə əlaqədar, ya da fəhlələrin ehtiyatsızlığı səbəbindən baş verməsi mümkündür. Əsasən bu iki versiya üzərində təhqiqat aparılır. Biz hadisə yerinə gələndən sonra xəsarət alan olmayıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR