Rusiya Kosmik Qoşunları Komandanlığının nümayəndəsi: “Qəbələ RLS beynəlxalq standartlara cavab verir”

Rusiya Kosmik Qoşunları Komandanlığının nümayəndəsi: “Qəbələ RLS beynəlxalq standartlara cavab verir”
# 30 iyun 2007 10:09 (UTC +04:00)
APA-nın xüsusi müxbirinin məlumatına görə, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qəbələ RLS-ə təşkil etdiyi səfərdə iştirak edən əcnəbi jurnalistlərə Rusiya Kosmik Qoşunları Komandanlığının nümayəndəsi, general-mayor Aleksandr Yakuşin məlumat verib. O, Qəbələ RLS-in 1985-ci ildə fəaliyyətə başladığını, uçan obyektlərin 6000 kilometr ərazidə hərəkətinə nəzarət etmək imkanı olduğunu bildirib: “Buradan Yaxın və Orta Şərqi, Ərəbistan dənizini və Hind okeanını nəzarət altında saxlamaq mümkündür. Hər hansı siyasi qərar verilərsə, obyekt qarşısına qoyulan vəzifələri yerinə yetirməyə hazırdır və döyüş qabiliyyətlidir. Bu vəzifələri yerinə yetirməklə bağlı heç bir texniki problem yoxdur. Qəbələ RLS beynəlxalq standartlara cavab verir”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR