Bərdədə ata oğlunun toyuna bir gün qalmış özünü öldürüb

M. Behbudovun qohumlarının APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, mərhum ruhi xəstəlikdən əziyyət çəkirmiş. Oğlunun iyunun 30-da keçiriləcək toy mərasiminə hazırlıq görən M. Behbudovun çəkdiyi ağrılara dözə bilmədiyindən özünə qəsd etdiyi güman olunur. Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır. /APA/