Sabirabadda oğurluq hadisəsi qeydə alınıb

Sabirabadda oğurluq hadisəsi qeydə alınıb
# 03 sentyabr 2007 11:26 (UTC +04:00)
Sabirabad rayonunda oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 28-nə keçən gecə Sabirabad rayonunun Əliləmbəyli kənd sakini Ramil Mirzəyevin evindən açıq qapıdan girmək yolu ilə hərbi bilet, 2 ədəd xalça, geyim və ev əşyaları, həyətindən isə 12 ədəd ev quşu oğurlanıb. Sabirabad RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Azadakənd kənd sakini, əvvəllər məhkum olunmuş Şahin Zeynalov saxlanılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR