Bakı sakinini qarət etmiş İmişli sakini saxlanılıb

Bakı sakinini qarət etmiş İmişli sakini saxlanılıb
# 03 sentyabr 2007 11:17 (UTC +04:00)
Nəsimi polisi Bakı şəhər sakini Pərviz Məmmədovu qarət etmiş şəxsi yaxalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “20 Yanvar” küçəsində Bakı şəhər sakini Pərviz Məmmədova qarşı zor tətbiq edərək 60 manat və 500 rublunu almış şəxsin kimliyi müəyyənləşdirilib. Nəsimi RPİ-nin 19-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini Rauf Əzimzadə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR