Quba sakinini elektrik cərəyanı vurub

Quba sakinini elektrik cərəyanı vurub
# 03 sentyabr 2007 11:45 (UTC +04:00)
Quba rayonunda bədbəxt hadisə qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Quba rayonunun Alpan kənd sakini Şahin Balayev həyətindəki elektrik dirəyində təmir işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə S. Balayev ölüb. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR