Yol qəzalarında 5 nəfər ölüb

Yol qəzalarında 5 nəfər ölüb
# 03 sentyabr 2007 12:02 (UTC +04:00)
Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Təzə Alvadı kəndində Səmidxanlı kənd sakini Ceyhun Kərimovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Murad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə C. Kərimovun sərnişinlərindən Səmidxanlı kənd sakini Zəfər Hüseynov və Bakı şəhər sakini Mehman Əliyev hadisə yerində ölüb, xəsarət almış C. Kərimov, M. Məmmədov və onların 8 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Eldar Novruzov “VAZ-21093” markalı avtomaşını idarə edərkən Kəlbəcər rayon sakini Məhəmməd Cəfərovu vurub. Nəticədə M. Cəfərov hadisə yerində keçinib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Gəncə şəhərinin Kəpəz rayonu ərazisində - Ü. Hacıbəyov küçəsində Samux rayon sakini Şahlar Paşayev idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Gəncə şəhər sakini 5 yaşlı Kənan Əsgərovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş K. Əsgərov orada vəfat edib. Faktla bağlı Kəpəz RPŞ-də araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Şəki şəhər sakini Akif Xəlilovun idarə etdiyi “QAZel” və Beyləqan rayon sakini Mirdamət İbadovun idarə etdiyi “VAZ-2102” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış M. İbadov və onun sərnişinləri - Beyləqan rayon sakinləri Aidə Əliyeva, İsgəndər Nəcəfquliyev, onun həyat yoldaşı Elminaz, oğlu Fərid və qızı Rübabə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
Yardımlı rayonunun Yardımlı qəsəbəsi ərazisində rayon sakinləri Əli Zabitovun idarə etdiyi “UAZ” markalı və Seyran Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış S. Mustafayev və sərnişini, anası Zivər xəstəxanaya yerləşdirilib. Zivər xanım xəstəxanada vəfat edib. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
Saat 17:00 radələrində isə Xətai rayonu ərazisində, Babək prospektində Bakı şəhər sakini Elmir Əhmədova məxsus "Daewoo" markalı avtomaşında yanğın baş verib. Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb, xəsarət almış E. Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR