Xaçmaz sakinləri 3 saylı orta məktəbin yaxınlığındakı yerləşən yanacaqdoldurma məntəqəsinin ləğvini tələb edir

Xaçmaz sakinləri 3 saylı orta məktəbin yaxınlığındakı yerləşən yanacaqdoldurma məntəqəsinin ləğvini tələb edir
# 03 sentyabr 2007 12:04 (UTC +04:00)
Xaçmaz sakinləri 3 saylı orta məktəbinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin ləğv edilməsi tələbi ilə müvafiq icra hakimiyyəti strukturlarına müraciət etməyə hazırlaşırlar. Bu barədə APA-nın Şimal bürosuna açıqlama verən sakinlər bildiriblər ki, bu il iyunun 11-də yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın yalnız təsadüf nəticəsində partlayışla nəticələnməyib: “Əgər alov vaxtında söndürülməsəydi, yaxınlıqda yaşayan insanlar böyük faciə ilə üzləşəcəkdilər”. Sakinlərin fikrincə, yanacaqdoldurma məntəqəsi yüzlərlə şagirdin təhsil aldığı 3 saylı məktəb üçün real təhlükə mənbəyi olaraq qalır. Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Akif Mərdanov APA-nın Şimal bürosuna verdiyi açıqlamada sakinlərin mövqeyi ilə razılaşdığını bildirib. Yaşayış məntəqələrinə və məktəblərə yaxın yanacaqdoldurma məntəqələrində partlayış baş verməsinin böyük faciə ilə nəticələnəcəyini etiraf edən İH rəsmisi şəhər sakinlərinin icra hakimiyyətinə müraciət etməsini məqsədəuyğun sayıb. Qeyd edək ki, 3 saylı məktəbin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsi Xaçmaz rayon icra hakimiyyəti başçısının 20 aprel 1998-ci il sərəncamı ilə quraşdırılıb. Bundan narazı qalan şəhər sakinlərinin 2003-2004-cü illərdə Xaçmaz rayon icra hakimiyyətinə, Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə və digər əlaqədar dövlət orqanlarına etdikləri şikayətlərə isə baxılmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR