Şüvəlandakı 3 saylı istintaq təcridxanasında üç nəfər aclıq aksiyası keçirmək istəyib

Şüvəlandakı 3 saylı istintaq təcridxanasında üç nəfər aclıq aksiyası keçirmək istəyib
# 03 sentyabr 2007 17:14 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı istintaq təcridxanasına baxış keçiriblər. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, təcridxanada istintaq altında saxlanılan 3 nəfər istintaqın düzgün aparılmadığını, buna görə, aclıq aksiyası keçirmək istədiklərini bildiriblər. Saxlanılanlardan bəziləri isə barələrində çıxarılan məhkəmə qərarlarından şikayətlərinin olduğunu bildiriblər. Baxış zamanı müəssisə rəhbərliyinə saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR