Avqust ayı ərzində 1 863 067 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Avqust ayı ərzində 1 863 067 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 04 sentyabr 2007 09:31 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin avqust ayı ərzində 1 863 067 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Nəticədə 4107 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təmizləmə əməliyyatlarında 339 nəfər iştirak edir. Əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it cəlb olunub. Avqust ayında 2 mina/PHS hadisəsi qeydə alınıb. Ümumilikdə isə 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya əsasən 91 hadisədə 56 nəfər həlak olub, 127 nəfər müxtəlif dərəcəli xəsarət alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR