Yüksək gərginlikli elektrik kabelinin oğurluğu ilə məşğul olan şəxslər həbs edilib

Yüksək gərginlikli elektrik kabelinin oğurluğu ilə məşğul olan şəxslər həbs edilib
# 04 sentyabr 2007 11:31 (UTC +04:00)
Yüksək gərginlikli elektrik kabelinin oğurluğu ilə məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əzizbəyov rayon Elektrik Şəbəkə ASC-nin işçiləri Zülfüqar Rzayev və Zeydulla İsayev Mərdəkan qəsəbəsi Z. Tağıyev küçəsindən 70 metr uzunluğunda yüksək gərginlikli elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərib. Əzizbəyov RPİ-nin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Z. Rzayev və Z. İsayev həbs edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR