Gəncə sakininin avtomobilindən külli miqdarda narkotik maddə tapılıb

Gəncə sakininin avtomobilindən külli miqdarda narkotik maddə tapılıb
# 24 sentyabr 2007 13:48 (UTC +04:00)
Gəncə Şəhər Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış Gəncə şəhər sakininin avtomobilindən külli miqdarda marixuana aşkar edilib. Bölmənin baş müstəntiqi İlqar Qəmbərovun APA-ya verdiyi məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü şəhər sakini Şöhrət Məmməd oğlu Verdiyevin taksi kimi istifadə etdiyi avtomobilə baxış keçirilib. Bu zaman avtomobildən 2,8 kiloqram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb. İsti izlərlə aparılmış sorğular nəticəsində onun narkotik maddəni satış məqsədi ilə əldə etdiyi məlum olub. Narkotik maddənin mənbəyinin aşkar edilməsi üzrə aparılan tədbirlər nəticəsində Ş. Verdiyevin həmin narkotik maddəni Şəmkir rayonunun Xuluf kəndi ərazisindən əldə etdiyi məlum olub. Faktla bağlı Gəncə ŞPİ-də cinayət işi açılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR