Cəlilabadda narkotik qaçaqmalçıları ilə polis arasında atışma baş verib

Cəlilabadda narkotik qaçaqmalçıları ilə polis arasında atışma baş verib
# 24 sentyabr 2007 14:10 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 18-nə keçən gecə Cəlilabad rayonunun Edişə və Cəfərli kəndləri ərazisində İran İslam Respublikasının vətəndaşı Şəhruz Şükür oğlu Nəzəri İslam və Rza adlı şəxslərlə birgə qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda narkotik vasitəni satmağa cəhd göstərib. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı onlar polis əməkdaşlarına qarşı avtomat silahdan atəş açaraq müqavimət göstərib və BNMİ-nin əməkdaşına məxsus “VAZ-2107” markalı avtomaşını zədələyiblər. Polis cavab atəşi açıb. Şəhruz Şükür oğlu Nəzəri yaxalanıb. Ondan 17 kiloqram 056 qram tiryək, 5 kiloqram 060 qram heroin və 1 ədəd AKM silahı götürülüb. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR