Yol qəzalarında 2 qadın ölüb

Yol qəzalarında 2 qadın ölüb
# 24 sentyabr 2007 14:28 (UTC +04:00)
Sabunçu dairəsinin yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də saat 01:15 radələrində Sabunçu dairəsi yaxınlığında Bakı şəhər sakini Fərid Əlizadə idarə etdiyi “Mersedes” markalı avtomaşınla 40-45 yaşlı qadını vurub. Nəticədə həmin qadın hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Həmin gün saat 15:30 radələrində Xətai rayonu ərazisində - A. Cəlilov küçəsində Bakı şəhər sakini Anatoli Şirinov idarə etdiyi “Mersedes” markalı avtomaşınla Bakı şəhər sakini Məhbubə Sadıqovanı vurub. Nəticədə M. Sadıqova hadisə yerində keçinib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR