Neftçala sakini qısqanclıq zəminində bacısı oğlunu öldürüb

Neftçala sakini qısqanclıq zəminində bacısı oğlunu öldürüb
# 24 sentyabr 2007 14:35 (UTC +04:00)
Neftçala rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Qırmızıkənd kənd sakini Natiq Əmirov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq bacısı oğlu Rahil Feyzullayevi öldürüb. Neftçala RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Əmirov həbs edilib. Ondan 1 ədəd ov tüfəngi, 1 ədəd patron və 2 ədəd giliz götürülüb.
Sabunçu rayonunun Maştağa qəsəbəsində isə Hacıbala Həşimov münaqişə zəminində qonşusu Rövşən Muradova bıçaqla xəsarət yetirib. Sabunçu RPİ-nin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində H. Həşimov tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR