Kanalizasiyada təbii qaz sızmasından partlayış olub

Kanalizasiyada təbii qaz sızmasından partlayış olub
# 24 sentyabr 2007 14:35 (UTC +04:00)
Paytaxtın Neftçilər prospektində təbii qaz sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 22-də saat 20:00 radələrində Quba rayon sakini Namiq Abbasov və Lökbatan qəsəbə sakini Stanislav Plotnikov Neftçilər prospektində kanalizasiya qapağını açarkən təbii qaz sızması siqaretdən partlayışa keçib. Nəticədə yanıq xəsarət almış N. Abbasov və S. Plotnikov xəstəxanaya yerləşdirilib. S. Plotnikova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, N. Abbasovun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR