Yanvarda Regional Rabitə Birliyinin Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası keçiriləcək

Yanvarda Regional Rabitə Birliyinin Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası keçiriləcək
# 24 sentyabr 2007 14:35 (UTC +04:00)
Regional Rabitə Birliyinin Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası gələn ilin yanvar ayında Kişinyov şəhərində (Moldova) keçiriləcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, həmin vaxt Poçt Komissiyasının 26-cı, Poçt Operatorları Şurasının isə 15-ci iclası olacaq. Poçt Komissiyasının 25-ci, Poçt Operatorları Şurasının isə 14-cü iclası bu ilin sentyabr ayının 18-20-də Minsk şəhərində (Belarus) keçirilib. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR