İki Cəlilabad sakinindən 1,4 kiloqram heroin aşkar edilib

İki Cəlilabad sakinindən 1,4 kiloqram heroin aşkar edilib
# 25 sentyabr 2007 12:09 (UTC +04:00)
Cəlilabad rayon sakinlərindən külli miqdarda narkotik maddə tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Dövlət Yol Polisi İdarəsi və Salyan RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Rahib Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşına nəzarət qaydasında baxış keçirilib. Bu zaman R. Rüstəmov və onun sərnişini, Cəlilabad rayon sakini Rəşadət Şərbətovdan 1,4 kiloqram heroin aşkar edilərək götürülüb.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İntiqam Məlikovdan 0,278 qram heroin, Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Kərimovdan 0,211 qram heroin, Xətai RPİ 37-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Mehman Əsədovdan 0,378 qram heroin, Ağcabədi RPŞ-nin əməkdaşları rayon sakini Vüqar Hüseynovdan 0,125 qram heroin, narkotik vasitəni ona satmış Hindarx kənd sakini, əvvəllər məhkum olunmuş Namiq Quliyevdən 0,161 qram heroin, Siyəzən RPŞ-nin əməkdaşları Təzəkənd kənd sakini Ariz Əkbərovdan 49 qram tiryək və 3 qram heroin, Cəlilabad RPŞ-nin əməkdaşları narkotik vasitə ilə tutulmuş Əlisəfa Əliyevin evinə baxış zamanı 100 qram civə aşkar edərək götürüblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR