Qazaxıstan sularında Azərbaycanda qeydiyyatda olan daha bir balıqçı gəmisi saxlanıb

Qazaxıstan sularında Azərbaycanda qeydiyyatda olan daha bir balıqçı gəmisi saxlanıb
# 25 sentyabr 2007 14:37 (UTC +04:00)
Sentyabrın 21-də Qazaxıstanın Manqistau vilayətinin sahil sularında Azərbaycana məxsus daha bir balıqçı gəmisi saxlanıb. Gəminin heyətində olan 8 Azərbaycan vətəndaşı həbs olunub. Azərbaycanın Qazaxıstandakı səfirliyindən APA-ya bildiriblər ki, bu fakt barədə diplomatik missiyaya rəsmi məlumat daxil olmayıb. “İlkin istintaqın getməsi ilə bağlı bizə rəsmi məlumatlar verilmir. İlkin istintaqdan sonra rəsmi məlumat Qazaxıstan Xarici İşlər Nazirliyindən daxil olmalıdır”. Qeyri-rəsmi məlumatlara görə, faktla bağlı araşdırma Karaqanda rayon prokurorluğunda aparılır. Xəzər Dəniz Gəmiçiliyindən APA-ya bildiriblər ki, saxlanan gəmi bu quruma məxsus deyil. Qeyd edək ki, avqustun 13-də Qazaxıstanın sahil sularında qanunsuz balıq ovu ilə məşğul olan 8 azərbaycanlı balıqçıya Cinayət Məcəlləsinin 287-ci maddəsi - qabaqcadan planlaşdırılmış kütləvi şəkildə balıq ovunun təşkili ilə bağlı ittiham irəli sürülüb. Azərbaycanın Qazaxıstandakı səfirliyindən APA-ya bildiriblər ki, cinayətləri sübuta yetiriləcəyi təqdirdə soydaşlarımızı 4 aydan 6 aya qədər həbs, 2 ay icbari iş və yaxud Qazaxıstanda minimum əmək haqqının 500-dən 700-ə qədər misli həcmində cərimə gözləyir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR