Oğurluqla məşğul olan Lənkəran sakini yaxalanıb

Oğurluqla məşğul olan Lənkəran sakini yaxalanıb
# 29 sentyabr 2007 09:51 (UTC +04:00)
Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqla məşğul olan rayon sakini saxlanılıb. Şöbədən APA-nın cənub bürosuna verilən məlumata görə, Sutəmurdov kənd sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Səyavuş Vəli oğlu Əkbərov gecə saat 02.00 radələrində Ağaismayıl Əbülfəz oğlu İsmayılova məxsus evə girərək “Agidel” markalı elektrik su nasosunu, ”BK-1800” markalı məişət kondisionerini və digər əşyaları oğurlayıb. İlkin dindirmə zamanı S. Əkbərov törətdiyi əməli boynuna alıb. Onun barəsində Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR