Lənkəran sakinini bıçaqlayan şəxs yaxalanıb

Lənkəran sakinini bıçaqlayan şəxs yaxalanıb
# 01 oktyabr 2007 08:38 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları rayon sakini, 23 yaşlı Emin Asif oğlu Əkbərovu bıçaqlayıb qaçmış şəxsi yaxalayıblar. ŞPŞ-dən APA-nın cənub bürosuna verilən məlumata görə, 2007-ci il sentyabrın 23-də saat 15:00 radələrində Emin Əkbərov nişanlısı Aysel Mübariz qızı Vəliyeva ilə şəhərin dəmir yol vağzalı ərazisində gəzişərkən Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Ələkbər oğlu Axundov ictimai qaydanı kobud surətdə pozaraq, E. Əkbərova hücum edib və üstündə gəzdirdiyi bıçaqla ona bədən xəsarəti yetirib. E. Əkbərov üzünün sol nahiyəsinin kəsilmiş və deşilmiş yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Polis əməkdaşlarının axtarış tədbirləri nəticəsində B. Axundov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Onun barəsində Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR