Lənkəranda ötən il baş vermiş oğurluq faktının üstü açılıb

Lənkəranda ötən il baş vermiş oğurluq faktının üstü açılıb
# 01 oktyabr 2007 08:43 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində keçən ilin dekabrında şəhərin Nizami küçəsi-11 ünvanında yerləşən mənzildən oğurluq etmiş şəxslər yaxalanıb. Lənkəran ŞPŞ-dən APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Göyşaban kənd sakini, 1965-ci il təvəllüdlü Tərlan Şərafət oğlu Cəfərov tanışı, Lənkəran şəhər sakini, 1959-cu il təvəllüdlü Samid Həmdəm oğlu Əbilovla əlbir olaraq 2006-cı il dekabr ayının 9-dan 10-na keçən gecə saat 02:05 radələrində Fuad İsmayıl oğlu Tağıyevə məxsus mənzilə girərək, oradan 1 ədəd “Phillips” markalı televizor, 1 ədəd “JVC” markalı televizor, 1 ədəd “Phillips” markalı elektrik ütüsü, 1 ədəd “Tefal” markalı elektrik çayniki, digər məişət avadanlıqlarını və 20 baş toyuğu oğurlayıb aparmaqla əmlakın mülkiyyətçisinə 3614 manat məbləğində maddi ziyan vurublar. İlkin istintaq zamanı hər iki şəxs saxlanılıb və törətdiyi cinayəti boynuna alıb. Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR