1 yaşlı uşaq yol qəzasında həlak olub

Qaraçuxur qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 29-da saat 16:00 radələrində Qaraçuxur qəsəbəsində Pərvin Qurbanzadə idarə etdiyi “Mercedes” markalı avtomaşınla Suraxanı qəsəbə sakinləri Ələddin Şabanov və onun arvadı Çinarəni vurub. Nəticədə xəsarət almış Ə. Şabanov və Çinarə xəstəxanaya yerləşdirilib. Ə. Şabanov orada ölüb, Çinarənin vəziyyəti isə orta-ağırdır. Faktla bağlı Suraxanı RPİ-də araşdırmalar aparılır.
Sentyabrın 30-da saat 14:55 radələrində Ağdaş rayonunun Şıxlı kəndində Sumqayıt şəhər sakini İlham Verdiyevin idarə etdiyi “VAZ-21099” və Kəlbəcər rayon sakini Faiq Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə İ.Verdiyevin sərnişini, 1 yaşlı oğlu Ramal hadisə yerində ölüb, özü və həyat yoldaşı Ülviyyə isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır. /APA/

Hadisə

Ağcabədidə ağır yol qəzası olub, ölən və yaralananlar var - FOTO

İsmayıllıda 65 yaşlı kişi kəsici alətlə öldürülüb

Tanışının ehtiyatsızlıqdan ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB