Bərdə rayon Prokurorluğunda iş adamının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Bərdə rayon Prokurorluğunda iş adamının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb
# 02 oktyabr 2007 07:59 (UTC +04:00)
R. Təhməzovun Bərdədəki şadlıq evlərindən birinin müdiri olduğu bildirilir. Hadisə baş verən vaxt o özünə məxsus “Mercedes” markalı avtomaşında olub. Qatil cinayəti törətdikdən sonra tapançanı hadisə yerinə ataraq uzaqlaşıb. Hava qaranlıq olduğundan, hadisənin şahidi olub-olmadığı müəyyən deyil. İlkin ehtimala görə, qətl ya kommersiya mübahisəsi, ya da qisasçılıq zəminində törədilib.
Bərdə rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, qətlə yetirilən şəxs Bərdə rayonunda yerləşən “Qaraba𔝠şadlıq sarayının sahibi Rza Rəşid oğlu Təhməzovdur. Hadisə oktyabrın 1-də saat 21.40 radələrində, Bərdə rayonu Fizuli küçəsində baş verib. R. Təhməzov evə gedərkən yaşadığı küçədə naməlum şəxs tərəfindən odlu silahdan atəşə tutulub. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı istintaq qrupu yaradılıb, hadisə yeri müayinə olunub, araşdırma aparılır. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR