2 nəfərdən 400 qrama yaxın narkotik maddə tapılıb

Daxili işlər orqanlarının əməkdaşları narkomaniya və narkotik qaçaqmalçılığı ilə mübarizəni davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ-nin 16-cı polis bölməsi əməkdaşları Bakı şəhər sakini Ələkbər Ələkbərovdan 211 qram heroin, Qəbələ RPŞ-nin əməkdaşları Böyük Əmili kənd sakini, əvvəllər məhkum olunmuş Şirvan Məmmədrəhimovdan 175,38 qram marixuana götürüblər. /APA/
Hadisə

Ucarda arvadını öldürən, tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO - YENİLƏNİB

Abşeronda ev yanıb
