Boya Zavodunda baş verən yanğın partlayışla nəticələnib

Əmircan qəsəbəsində güclü yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 1-də saat 23:30 radələrində Əmircan qəsəbəsindəki Boya Zavodunun sexlərindən birində baş vermiş yanğından boya ilə dolu çəlləklərdən biri partlayıb. Nəticədə oranın gözətçisi, Cəbrayıl rayon sakini Eldar Quliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
Hadisə

Ucarda arvadını öldürən, tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO - YENİLƏNİB

Abşeronda ev yanıb
