Türkiyədə fahişəliyə məcbur edilən və aralarında azərbaycanlıların da olduğu 35 qadın saxlanılıb

Türkiyənin Konya şəhərinin Əmniyyət Müdirliyinin (Polis İdarəsi) əxlaq bürosu tərəfindən keçirilən əməliyyat nəticəsində insan alveri ilə məşğul olan 3 nəfər həbs edilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu şəxslərin Azərbaycan, Gürcüstan və Ukraynadan 35 qadını Türkiyəyə gətirərək onları fahişəliyə məcbur etdiyi müəyyənləşdirilib. Belə ki, onlar qadınları dayəliklə məşğul olacaqları bəhanəsi ilə aldadaraq Türkiyəyə gətirdikdən sonra pasportlarını əllərindən alaraq başqalarına satıblar. Konya polisi saxlanılan qadınları tibbi müayinədən keçmək üçün xəstəxanaya göndərib. Qadınların birində QİÇS, 13-də isə cinsi yolla keçən başqa viruslar aşkarlanıb. Qadınlar ölkədən deportasiya edilib. /APA/
Hadisə

Dövlətə xəyanətdə təqsirləndirilən sayt rəhbərinə 17 il cəza verilib

Ötən gün mağazada nəzarətçini bıçaqlayan şəxslər tutulub

Bakıda silahlı şəxslər tutulub - VİDEO
