Kür çayında batan 4 nəfərdən daha ikisinin meyiti tapılıb

Cəsədlər 1969-cu il təvəllüdlü Heydər Fərzəliyev və 1970-ci il təvəllüdlü Raziyə İsgəndərovaya məxsusdur.
Qeyd edək ki, sentyabrın 30-da saat 11:00 radələrində Kürdəmir rayonunun Şuşün kənd sakinləri Tahir Mayıl oğlu İsmayılov, Heydər Qurbanəli oğlu Fərzəliyev, Raziyə Soltan qızı İsgəndərova, Zəhra İsgəndər qızı Həsənova və Məlahət Şəri qızı İsgəndərova qayıqla İmişlinin Əlyetməzli kəndinə keçmək istəyiblər. Adı çəkilən şəxslər yas mərasiminə gedirmişlər. Lakin qayıq çevrilməsi nəticəsində onların hamısı çaya düşüb. Çaya düşənlərdən yalnız birini M. İsgəndərovanı xilas etmək mümkün olub, digərləri isə boğularaq ölüb. Hazırda M. İsgəndərova xəstəxanada müalicə olunur. Aparılan axtarış-xilasetmə işləri nəticəsində Z. Həsənova ilə T. İsmayılovun meyitləri elə həmin gün sudan çıxarılıb. /APA/

Hadisə

Ucarda arvadını öldürən, tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO - YENİLƏNİB

Abşeronda ev yanıb