Üzərindən narkotik tapılan şəxs telefon oğurluğu ilə də məşğul olduğunu etiraf edib

Üzərindən narkotik tapılan şəxs telefon oğurluğu ilə də məşğul olduğunu etiraf edib
# 03 oktyabr 2007 11:35 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan külli miqdarda narkotik vasitələr götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Ağayevdən 0,216 qram heroin götürülüb. O, sentyabr ayının əvvəllərində Ağa Nemətulla küçəsində müəyyən edilməmiş avtomaşından 1 ədəd mobil telefon oğurladığını etiraf edib. Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Natiq Abbasov 0,416 qram marixuananı satarkən tutulub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ-nin əməkdaşları Bakı şəhər sakini Teymur Quliyevdən 0,24 qram marixuana, Əzizbəyov RPİ-nin 2-ci polsi bölməsi əməkdaşları Astara rayon sakini Teymur Hənifəyevdən 0,157 qram heroin, Nəsimi RPİ-nin 22-ci polis bölməsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Salamzadədən 0,218 qram heroin, Yasamal RPİ-nin əməkdaşları Bakı şəhər sakini Rəhman Şahbazovdan 0,303 qram heroin, Sumqayıt ŞPİ-nin əməkdaşları Corat qəsəbə sakini Ramil Əliyevdən 0,207 qram heroin, Astara RPŞ-nin əməkdaşları Şahağacı kənd sakini İsrafil Mirzəyevdən 1,538 qram heroin götürüblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR