Balakən və Binəqədidə yanğınlar baş verib

Balakən və Binəqədidə yanğınlar baş verib
# 08 oktyabr 2007 13:50 (UTC +04:00)
Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Talalar kənd sakini Bəxtiyar Qarayevə məxsus 2 mərtəbəli 5 otaqlı evdə yanğın baş verib. Nəticədə 120 kv.m sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Binəqədi rayonundakı S.S.Axundov küçəsində Bakı şəhər sakini İlham Aslanova məxsus taxta emalı sexində yanğın baş verib. Nəticədə 200 kv.m sahədə sexin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR