Göyçayda avtomobillərin təmiri sexində partlayış baş verib

Göyçayda avtomobillərin təmiri sexində partlayış baş verib
# 08 oktyabr 2007 13:57 (UTC +04:00)
Göyçayda partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 6-da saat 17:50 radələrində Göyçay rayonunun Cəyirli kəndindəki avtomobillərin təmiri sexində qeydə alınıb. Sexin işçisi, rayon sakini Tərlan Babayev qaynaq işləri apararkən qaz balonu partlayıb. Nəticədə dağıntı olmasa da, T. Babayev xəsarət alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR