Bərdədə qətl hadisəsi baş verib

Bərdədə qətl hadisəsi baş verib
# 08 oktyabr 2007 14:38 (UTC +04:00)
Bərdə rayonunda qətl hadisəsi baş verib. Bərdə rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini Babək Xanlarov qısqanclıq zəminində Ağdam rayonundan məcburi köçkün Tariyel Aftandil oğlu Əliyevi bıçaqlayıb. T. Əliyev aldığı xəsarətdən keçinib. İlkin ehtimala görə, hadisə qız üstündə baş verib. Adıçəkilən şəxslərin hər ikisi eyni qızı sevirmişlər. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR