Bakı məktəblərinin birində müəllimə işləyən qadın özünü dənizə atıb

Bakı məktəblərinin birində müəllimə işləyən qadın özünü dənizə atıb
# 10 oktyabr 2007 14:34 (UTC +04:00)
Bu gün Milli Parkda intihar hadisəsi baş verib. Səbayel rayon prokurorunun müavini Elçin Sultanov APA-ya bildirib ki, saat 16.40 radələrində Bakı şəhərindəki məktəblərdən birində müəllimə işləyən 1965-ci il təvəllüdlü Hicran Cavanşir qızı Rəcəbli parkın Hökumət Evi ilə üzbəüz hissəsində özünü dənizə atıb. Müstəntiq hadisə yerinin müayinəsini aparıb və ekspertiza təyin olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR