Müğənni Teymur Əmrah avtomobil qəzasına düşüb

Müğənni Teymur Əmrah avtomobil qəzasına düşüb
# 10 oktyabr 2007 15:38 (UTC +04:00)
Sənətçi APA-ya açıqlamasında faktı təsdiqləyib və qəza zamanı tələbəsinin maşınında olduğunu deyib: “Elçin Cəlilovun xatirə gecəsindən çıxıb sənət dostlarımla birgə ad günümü qeyd etdim. Ad günündən çıxandan sonra “Rance Rover” markalı avtomobil mənim əyləşdiyim BMW ilə toqquşdu. Maşın əzilsə də, mənə heç nə olmayıb. Sadəcə qolum və başım zədələnib”. T. Əmrah deyib ki, o hadisə nəticəsində elə də ciddi xəsarət almayıb. Hazırda özünü yaxşı hiss etdiyini bildirən sənətçi ona bağışlanan maşını satmadığını da deyib: “Bir sıra mətbu orqanlarda mənə bağışlanan X5 markalı avtomobili satdığımı yazıblar. Mən maşını satmamışam, inanmayan mənimlə gedib qaraja baxa bilər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR