Mahaçqalada iki Zaqatala sakinini elektrik cərəyanı vurub

Mahaçqalada iki Zaqatala sakinini elektrik cərəyanı vurub
# 11 oktyabr 2007 13:05 (UTC +04:00)
Zaqatala rayonunun iki sakini Dağıstanın Mahaçqala şəhərində baş verən bədbəxt hadisə nəticəsində ölüb. Pul qazanmaq məqsədilə Dağıstana üz tutan rayon sakinlərini elektrik cərəyanı vurub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, həyatını itirən şəxslər rayonun Aşağı Tala kənd sakinləri, 1960-cı il təvəllüdlü Bayram Zeybulla oğlu Filməmmədov və onun oğlu, 1986-cı il təvəllüdlü Nüsrət Filməmmədovdur. Mərhumun qohumları bildiriblər ki, onlar Dağıstanda tikinti obyektlərinin birində fəhlə işləyərək ailələri üçün çörək pulu qazanırmış. Çalışdıqları tikinti obyektinin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin yaxınlığında işləyən N. Filməmmədovu cərəyan vurduğunu görən ata oğlunu xilas etməyə cəhd göstərib, nəticədə onların hər ikisi həlak olub. Ata və oğulun cənazəsi bu gün yaşadıqları Aşağı Tala kəndinə gətirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR