Oğrudan narkotik maddə tapılıb

Oğrudan narkotik maddə tapılıb
# 11 oktyabr 2007 14:01 (UTC +04:00)
Salyanda baş verən oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B. Məmmədov və A. İmanovun evlərindən oğurluq etmiş rayon sakinləri Nizami Abdullayev və İlhamiz Hüseynov yaxalanıb. İ. Hüseynovdan 2 qram həşiş götürülüb.
Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş E.Tağıyevin ətrafında keçirdiyi əməliyyat tədbirləri nəticəsində onun oktyabrın 5-də Gəncə prospektindəki 111 saylı, oktyabrın 6-da isə həmin prospektdəki 99 saylı binaların girişlərindəki liftlərin şaxtasından 6 ədəd əyləc dolağını oğurladığı müəyyən edilib.
Əzizbəyov rayonundakı Şimali DRES qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Həşimov Hövsan qəsəbə sakini Elmira Rüstəmovanın və Buzovna qəsəbə sakini Etibar Babayevin etimadlarını qazanaraq 5000 və 850 manat pullarını onlardan alıb. Faktla əlaqədar polisə ərizə ilə müraciət olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR